24 
12
19
09:44
294

Azadlıq prospektində zəncirvari qəza: Yüksək sürət təhlükə yaratdı - VİDEO

24, 12, 19
09:44
294

Azadlıq prospektində zəncirvari qəza: Yüksək sürət təhlükə yaratdı - VİDEO

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç avtomobil toqquşub.  

patrul.az, Oxu.Az-a istinadən xəbər verir ki, Azadlıq prospekti ilə yülsək sürətlə hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçərək yoluna davam edib.  

Bu zaman nəqliyyat vasitəsi Abbasqulu Ağa Bakıxanov küçəsində işıqforun yaşıl işığında hərəkətdə olan İlkin Vəliyevin idarə etdiyi “10-VL-500” dövlət nömrə nişanlı BMW markalı avtomobilə, daha sonra Ruslan Şahmuradovun idarə etdiyi “90-NC-660” dövlət qeydiyyatlı “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.  

Nəticədə “Chevrolet”in sürücüsü və avtomobildə olan iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.  

Hadisədən sonra yolda sıxlıq yaranıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb.  

Faktla bağlı araşdırma aparılır.  

 

Bizimlə əlaqə saxlayın

birbank