23 
12
19
20:05
237

79 yaşlı qadını vurub öldürən saxlanıldı

23, 12, 19
20:05
237

79 yaşlı qadını vurub öldürən saxlanıldı

79 yaşlı qadın piyadanı vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 22-də, saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, “Yeni Qobu” avtomobil yolunda naməlum sürücü idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyada 1940-cı il təvəllüdlü Əliyeva Xalidə Fətəli qızını vuraraq onun ölümünə səbəb olub və hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hadisənin “Opel Vektra” markalı 10-UE-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Zəkiyev Elnur Zabit oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Elnur Zəkiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank