21 
12
19
15:56
283

Maştağada velosipedçini vurub öldürən avtobus sürücüsü narkoman çıxdı - VİDEO

21, 12, 19
15:56
283

Maştağada velosipedçini vurub öldürən avtobus sürücüsü narkoman çıxdı - VİDEO

Dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi ərazisində “Daewoo” markalı 131 nömrəli xətt avtobusu ilə yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibov vurulub.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Avtosfer.az -a verilən məlumata görə, sürücü nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nəsibov orada ölüb.

DYP əməkdaşları yol qəzasını törədərək hadisə yerindən yayınmış qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini Xanağa Novruzov saxlayıb. Müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyən edilib.

patrul.az


 

Bizimlə əlaqə saxlayın

birbank