11 
11
19
16:53
259

Tərtərdə minik avtomobili traktorla toqquşub, ölən var

11, 11, 19
16:53
259

Tərtərdə minik avtomobili traktorla toqquşub, ölən var

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 9-da saat 19 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisində Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna vurub. Nəticədə R.Əlizadənin sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank