18 
06
20
15:37
1 473

Sərhəddə qalan vətəndaşlarımıza qarşı şiddət: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

18, 06, 20
15:37
1 473

Sərhəddə qalan vətəndaşlarımıza qarşı şiddət: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

Bir neçə gündür ki, Dağıstanda Rusiya-Azərbaycan sərhəddinə toplaşan Azərbaycan vətandaşlarına Dağıstan polisi tərəfindən atəş açılmış, onlara qarşı zor tətbiq edilərək yerə uzadılmışdılar.

patrul.az xəbər verir ki, artıq sərhəddə toplaşmış vətəndaşlarımıza qarşı şiddət göstərildiyinin görüntüləri də yayılıb.

Belə ki, görüntülərdə iki həmyerlimizin döyüldüyü və huşsuz bədənlərinin hərbiçilər tərəfindən bir yerdən başqa bir yerə sürüyərək aparıldığı görünür. Onların üz-gözlərinin qan işində olması, baş nahiyələrində ciddi əziklərin olması həmyerlilərimizə qarşı göstərlilən şiddətin sübutudur.

Milli Məclisin deputatı Qənirə Paşayeva da baş verənlərlə bağlı fikir bildirmiş və məsələnin tezliklə həllini tapmasının vacibliyindən danışmışdı:

"Azərbaycan-Rusiya (Dağıstanda) sərhədində toplanmış vətəndaşlarımızla bağlı ötən gün baş verən hadisələrdən ciddi üzüntü duyduq. Eyni zamanda bu məsələdən bəzi xarici KİV-in və sosial şəbəkələrdə müəyyən qüvvələrin dövlətimiz əlehinə başlatdığı təbliğatı qınamaqla yanaşı narahat da olmalıyıq".
 
Qənirə paşayevanın açıqlamasından sonra, yəni 16 iyun tarixində Azərbaycan nümayəndə heyəti Azərbaycan-Rusiya sərhəddində qalan həmvətənlərimizin ölkəyə qaytarılması üçün Rusiya-Azərbaycan sərhəddinə getmiş və 155 həmvətənlimizin ölkəyə qaytarılacağını məlumatını vermişdi.

Hətta dünən KİV-də Rusiya Federasiyasının (RF) İstintaq Komitəsi Azərbaycan-Rusiya sərhəddində baş vermiş insidentlə əlaqədar iki maddə üzrə cinayət işi başlanıldığı və bununla bağlı 10 şübhəli şəxsin saxlanıldığı xəbəri də yayımlanmışdı.

Vətəndaşlarımıza qarşı göstərilən şiddətin də əks oldunduğu görüntülərin bütün bu məsələlərdən öncə və ya sonra qeydə alındığı məlum olmasa da hər halda məsələnin bu üzü cəmiyyətə məlum deyildi. Azərbaycan vətəndaşlarına qarşı göstərilən belə münasibət cəzasız qalmamılıdır. Şiddətə məruz qalıb, huşunu itirən vətəndaşlarımızın sağlamlıqları ilə bağlı isə təəssüf ki, heç bir məlumat yoxdur.

Bizimlə əlaqə saxlayın

birbank