12 
06
20
21:00
394

“Maskanı taxmaq əvəzinə ciblərində gəzdirirlər” - AÇIQLAMA

12, 06, 20
21:00
394

“Maskanı taxmaq əvəzinə ciblərində gəzdirirlər” - AÇIQLAMA

“Bəzi vətəndaşlar ictimai nəqliyyatda, iri ticarət mərkəzlərində maskanı taxmaq əvəzinə ciblərində gəzdirirlər”.

patrul.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

E.Həbibullayev bildirib ki, iri ticarət mərkəzlərinin girişində nəzarətçiyə maska taxdığını göstərdikdən sonra onu çıxarırlar:

“İnsanlar bu məsələdə daha məsuliyyətli olmalıdırlar. Hər şeyi dövlətdən gözləmək doğru deyil. Qaydalara riayət edərək, qoruyucu vasitələrdən düzgün şəkildə istifadə etmək lazımdır”.

Bizimlə əlaqə saxlayın

birbank