11 
06
20
17:20
697

Sərt karantin tətbiq edilən ərazilərdə "ASAN xidmət"in fəaliyyəti məhdudlaşdırılacaq

11, 06, 20
17:20
697

Sərt karantin tətbiq edilən ərazilərdə "ASAN xidmət"in fəaliyyəti məhdudlaşdırılacaq

patrul.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumatda bildirilib ki, müvafiq Qərara əsasən 14 iyun tarixində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, o cümlədən Sumqayıt, Gəncə və Kürdəmir regional “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.

15 iyun tarixində isə Milli Qurtuluş Günü ilə əlaqədar bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi,
www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.



Bizimlə əlaqə saxlayın

birbank