Koronavirus mutasiyaya uğrayırmı? - VİDEO
Koronavirus mutasiyaya uğrayırmı? - VİDEO
patrul.az xəbər verir ki, virus insan orqanizminə adaptasiya olur və bu adaptasiya elə gedir ki, əksər hallarda orqanizmə az zərər vurur. Virus daşıyıcını öldürmək marağında deyil. Çünki daşıyıcını öldürəcəyi təqdirdə, oradan başqa yerə gedə bilməyəcək. Hələlik heç bir mutasiyadan söhbət gedə bilməz.
Ancaq ötən gün TƏBİB sədri Ramin Bayramlı virusun insandan insana keçdikcə mutasiyaya uğradığını bildirib.
Mövzu ilə bağlı ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə deyir ki, dünyanın müxtəlif yerlərindəki laborotoriyalarda virus araşdırılır. Hələlik əldə olunan nəticəyə görə, virus kiçik mutasiyaya uğrasa belə, bu, öldürücü xarakter daşımır.