11 
11
19
10:49
254

Parlament jurnalistləri dörd rayonda bayraq payladı – FOTO

11, 11, 19
10:49
254

Parlament jurnalistləri dörd rayonda bayraq payladı – FOTO

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Milli Məclisdən akkreditasiyadan keçən jurnalistlər Bərdə, Ağdam, Tərtər və Goranboya səfər ediblər.

patrul.az, Oxu.Az-ın məlumatına görə bildirir ki, Parlament Jurnalistləri Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutan səfərdə sözügedən rayonların sakinlərinə bayraqlar paylanılıb.

Jurnalistlərin ilk dayanacağı Bərdə olub. Burada bayraqlar paylanıldıqdan sonra təbliğatın aparılması üçün növbəti ünvan Ağdamın Quzanlı qəsəbəsi və İmamqulubəyli kəndi olub.

Burada əhali bayrağa böyük sevgi və sayğı ilə yanaşdıqlarını deyiblər.

Parlament jurnalistləri daha sonra Tərtərə yollanıblar. Bu rayonda sakinlərin Azərbaycan bayrağına dərin sevgisi müşahidə edilib.

Sonuncu dayanacaq isə Goranboy olub. Goranboy sakinləri də paylanılan bayraqları alıblar, onlar dövlətimizin rəmzinə sonsuz sevgilərini ifadə ediblər.

Parlament jurnalistləri dörd rayonda bayraq payladı – FOTO






















Bizimlə əlaqə saxlayın

birbank