12 
03
20
00:00
638

Bakıda COVID-19-a görə karantində saxlanılan şəxs xəstəxananı icazəsiz tərk edib

12, 03, 20
00:00
638

Bakıda COVID-19-a görə karantində saxlanılan şəxs xəstəxananı icazəsiz tərk edib

Koronavirus şübhəsi ilə karantində saxlanılan xəstə dünən 1 saylı Kliniki Tibbi Mərkəzdən icazəsiz çıxıb. Tibbi briqada onu klinikaya geri qaytarıb.

patrul.az xəbər verir ki, hadisə dünən baş verib. 

Mərkəzin Yoluxucu Xəstəliklər Şöbəsindən verilən məlumata görə, həmin xəstə artıq şöbəyə geri qaytarılıb:

“Xəstələrdən biri həkimdən icazəsiz xəstəxananı tərk edib. Həkim briqadası onu yenidən mərkəzə qaytarıb və bu vəziyyətdə xəstəxananı tərk etməyin riskli olduğunu izah edib. Kişi pəncərədən deyil, qapıdan çıxıb.

Xəstəxana cəzaçəkmə müəssisəsi deyil, sadəcə, onlar adi palata şəraitində saxlanılır.

Hazırda karantində onunla bərabər altı nəfər saxlanılır. Həmin şəxslərdə koronavirus (COVID-19) aşkarlanmayıb.

Karantin müddəti başa çatandan sonra həmin şəxslər evlərinə buraxılacaq”.

İstinad edildi: Oxu.Az

Bizimlə əlaqə saxlayın

birbank