12 
02
24
18:17
1 340

Sərhədçinin snayperlə vurulması Ermənistanın növbəti təxribatıdır

12, 02, 24
18:17
1 340

Sərhədçinin snayperlə vurulması Ermənistanın növbəti təxribatıdır

Bir müddət əvvəl Prezident İlham Əliyev müsahibəsində sakitliyin olduğunu bildirmişdi. Ermənistan bu sakitliyi növbəti dəfə pozdu.

Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə çalışıldığı aydın görünür.

Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. 

Aİ missiyasının genişləndirilməsi, Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması ekspertlər tərəfindən Fransanın Ermənistanı hərbi əməliyyatlara hazırlamış kimi şərh edildi. Mediada Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı xəbərdarlığı getmişdi. 

Nəticə özünü çox gözlətmədi və artıq göz qarşısındadır. Snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsi planlaşdırılmış haldır və bugünkü hadisə də bu planın tərkib hissəsidir. 

Ermənistan baş naziri Paşinyanın zərurət olmadan The Telegtaph nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur. 

Bura bir tezis də əlavə edək ki, bu təxribat  Aİ missiyasının bölgədə qalmasına və hətta, gücləndirilməsinə “arqument” üçün lazımdır. Çünki sakitlik olduğu halda missiyanın orada niyə qaldığı, niyə daha da gücləndirilməli olduğu aydın deyil. Ona görə başda Fransa olmaqla missiya iştirakçıları özlərinin bölgədə uzun müddətli qalmasına zəmin hazırlamaq üçün Ermənistanı  gərginlik yaratmağa sövq edir.

Bizimlə əlaqə saxlayın

birbank