11 
01
24
12:34
320

DYP piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib

11, 01, 24
12:34
320

DYP piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib.

Bu barədə Patrul.az-a BDYPİ-dən məlumat verilib.

"Yollardakı su gölməçələri piyadalar üçün böyük problemdir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmırlar, əksinə, daha da artıraraq, yol kənarında dayanan piyadaların üst-başlarını batırırlar. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq", - xəbərdarlıqda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

birbank