08 
12
23
10:46
227

Yeni reallıqlar fonunda seçkilər

08, 12, 23
10:46
227

Yeni reallıqlar fonunda seçkilər

Bundan öncə  Regional strategiyanı müəyyən edən Forum çərçivəsində prezident İlham Əliyev Azərbaycanın bölgədə xarici siyasət kursu, yeni dünya düzəni və bir çox regional vacib məsələlərlə bağlı mühüm mesajlar verdi.Prezidentin bu mesajları ölkəmizin konkret mövqeyi baxımından növbəti  qətiyyət nümayişi idi.

Bu forumdan bir gün sonra isə ölkəmizdə növbədənkənar prezident seçkisi elan edildi.

Bu seçki müstəqil Azərbaycanın   tarixində ilk dəfə olaraq, bütün ölkə ərazisində keçiriləcəkdir.

44 günlük Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatları nəticəsində öıkəmizin suverenliyi və ərazi bütövlüyümüz tam bərpa edildi. Ölkəmiz Cənubi Qafqazın lider ölkəsi olaraq, bugün nəinki regionda, eləcədə bütün dünyada söz sahibidir. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara sədrıik edir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
İlham Əliyev  indiyədək bütün vədlərinə əməl etdi. Hər bir verdiyi sözü və məsələni  uğurla həyata keçirdi. Ali baş komandan   200 illik  erməni  problemini həll edərək, işğala son qoydu. Zəfər tariximizi yazdı

Bugün Şuşada, Xankəndində, Ağdərədə, Xocavənddə, Xocalıda, Laçında, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda və Qarabağmızın bütün ərazisində üç rəngli bayrağımız dalğalanır. 
Zəfər simvolu olan prezident İlham Əliyevin adı  bugün dünyanın nüfuzlu liderləri ilə birgə çəkilir. Bu qürurverici olmaqla bərabər, ölkəmizin dünyadakı nüfuzunu və rolunu daha da artırır.

Prezident tərəfindən  2024-cü ilin 7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seçkilərinin elan edilməsi İlham Əliyevin özünə güvəninin və xalqın dəstəyinə inamının göstəricisidir. Əminliklə deyə bilərəm ki, xalqımız bu seçkidə də öz qalib liderinin yanında olacaq, bu qələbəni bizə bəxş edən dahi sərkərdəni növbəti dəfə qalib edəcəkdir!..

 Növbədənkənar seçkilər dünya praktikasında qəbul edilmiş bir təcrübədir. Ölkə vətəndaşlarımız bu zaman sadəcə vaxtından əvvəl öz seçici hüquqlarından eyni qaydada istifadə edəcəkdir. Bunun üçün bütün siyasi partiyalara və namizədlərə bərabər imkanlar yaradılıb. Üzvlərinin sayı ilə bağlı yeni   dövlət reystirinə alınmış 26 siyasi partiya və müstəqil namizədlər üçün ölkə Konstitusiyasında və Seçki Məcəlləsində bütün bərabər imkanlar  vardır. Hər bir özünə güvənən namizəd  bu hüquqdan sərbəst şəkildə istifadə edə bilər. Bunu bacarmayan, 5 min üzv toplamaqda çətinlik çəkən partiyalar isə öz siyasi acizliklərini və məğlubiyyətlərini öncədən etiraf etməlidirlər.

Bölgədə müstəqil siyasət yürüdən ölkəmizin  uğurlarını qəbul edə bilməyən qərəzli dövlətlərin təxribatlaının qarşısını almaq üçün isə siyasi sistemin gücləndirilməsi olduqca vacib və strateji əhəmiyyət kəsb edir.

"Perespektiv" Siyasətin Texnologiyaları ib-nin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov

Bizimlə əlaqə saxlayın

birbank