22 
11
23
00:01
502

105 illik tarixi olan Ədliyyəmizin inkişaf yolu - VİDEO

22, 11, 23
00:01
502

105 illik tarixi olan Ədliyyəmizin inkişaf yolu - VİDEO

Azərbaycan Respublikasının ədliyyə sisteminin də uğurlu, keşməkeşli tarixi göz önündədir.  

Fəxrlə qeyd edirik ki ,Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gündə, 1918-ci il may ayının 28-də təsis edilib. Belə ki, şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verib.  

Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan ədliyyəsi öz işini günün nəbzinə uyğun olaraq daha da inkişaf etdirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılmış islahatlar qurumun inkişaf tempini sürətləndirmi, həmçinin səlahiyyətləri genişləndirilən nazirliyin cəmiyyətdə rolu artaraq vətəndaşların hüquqa inamını yüksəltmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Ulu Öndərimizin bu sahəyə diqqətinin bariz nümunəsi 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsis edilmişdir. 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü Ədliyyə orqanlarında və məhkəmələrdə bu gün böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.  

Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ədliyyə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi bu strukturda olan orqanların inkişafına təkan vermişdir. Bu inkişafda Ədliyyə Nazirliyinin və cənab nazir Fikrət Məmmədovun böyük rolu və öz dəst xətti vardır.

Həmçinin ədliyyə sistemində fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib.

Bununla yanaşı qeyd etmək lazımdır ki , son illər Ədliyyə Nazirliyinin Penitensiar xidməti də öz fəaliyyətində uğurlu inkişaf etmişdir. Xüsusilə Penitensiar xidmətinin rəisi, dünən Prezidentin sərəncamı ilə general-mayor rütbəsi alan Mirsaleh Seyidovun əməli fəaliyyəti qurumun inkişafına təkan vermişdir.

Belə ki, Mirsaleh Seyidovun fəaliyyətində əsas məqsəd azadlıqdan məhrum edilmiş şəxslərin sosial reabilitasiyasının gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasının möhkəmləndirilməsindən ibarətdir.  

Bu baxımdan penitensiar xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında cəza çəkən məhkumlar arasında aparılan işlər öz müsbət nəticələrini göstərmişdir. Ümummiyyətlə  Ədliyyə Nazirliyi öz fəaliyyətinin tarixi dövr ərzində zəngin yol keçərək bu günkü inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, cəmiyyətdə nüfuzu  yüksəlmişdir.  

Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Bizimlə əlaqə saxlayın

birbank