25 
10
23
07:27
161

Bu gün Qubadlı şəhəri günüdür - VİDEO

25, 10, 23
07:27
161

Bu gün Qubadlı şəhəri günüdür - VİDEO

Bu gün Qubadlı şəhərinin erməni işğalından azad edilməsindən üç il ötür.
Patrul.az” xəbər verir ki, üç il öncə - bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı şəhərinin işğalçılardan azad olunduğunu elan edib.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.







Bizimlə əlaqə saxlayın

birbank