21 
10
23
23:22
226

Hikmət Hacıyev minada ölən ayı balasının görüntülərini paylaşdı - Fotolar

21, 10, 23
23:22
226

Hikmət Hacıyev minada ölən ayı balasının görüntülərini paylaşdı - Fotolar

Laçın rayonunda Ermənistan tərəfinin basdırdığı minanın detonasiyası nəticəsində ölən ayı balasının qalıqlarının görüntüləri yayılıb.
Patrul.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə paylaşıb.

“Danışan Şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayı balasının qalıqları. Partlayış sahəsindən toplanmış minaların damğaları onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarını milyonlarla mina ilə çirkləndirib və bu mina mülki əhalinin, habelə vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”, -  deyə H. Hacıyev yazıb.







 

Bizimlə əlaqə saxlayın

birbank