13 
10
23
12:43
208

Xaçatryanın məhkəməsi keçirildi - Fotolar

13, 10, 23
12:43
208

Xaçatryanın məhkəməsi keçirildi - Fotolar

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç 32 ildən sonra hakim qarşısına çıxarılıb.

Patrul.az” xəbər verir ki, prosesə Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayev sədrlik edir.
İş üzrə dövlət ittihamının müdafiəsi xüsusi olaraq Baş prokurorun köməkçisi, üçüncü dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov və ittiham idarəsinin prokuroru Cövdət Mehrəliyevə həvalə olunub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Hakim Zeynal Ağayev təqsirlındirilən şəxsin qanunla nəzərdə tutulan hüquqlarını elan edib. Prokuror ittiham aktının qanuna uyğun qaydada tərtib edildiyini, həmçinin seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək işin məhkəmə baxışına verilməsini tələb edib. V.Xaçatryan və vəkili indiki mərhələdə hər hansı vəsatətlərinin olmadığını deyərək, işin baxışa verilməsinə etiraz etməyiblər. Məhkəmə prokurorun vəsatətini təmin edib. Qərara əsasən iş baxışa verilib.

Növbəti iclas oktyabrın 17-ə təyin edilib.
Qeyd olunan əməllərə görə, Xaçatryana qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı - hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə - əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.






 

Bizimlə əlaqə saxlayın

birbank