11 
10
23
13:04
369

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar

11, 10, 23
13:04
369

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar

HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub.
"Patrul.az" ​məlumat verir ki bu barədə ​​​Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Vəfat edən azərbaycanlıların kimliyi məlumdur:
Şamil Abbasov - İsrail vətəndaşı;
Emin Axundov - İsrail vətəndaşı;
Roman Qandel - İsrail vətəndaşı;
Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail).
Bildirilir ki, vəfat edənlərdən Elkin Nəzərov İsrailin Kiryat Yam şəhərində dəfn edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

Bizimlə əlaqə saxlayın

birbank