06 
10
23
14:55
397

Bu gün İrəvanda sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək - KİV - Yenilənib

06, 10, 23
14:55
397

Bu gün İrəvanda sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək - KİV - Yenilənib

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək.
Patrul.az” xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbəyə istinadən TASS yayıb. 
Bildirilir ki, görüşdə rusiyalı sülhməramlı kontingentin Qarabağdan konkret çıxma tarixləri müzakirə ediləcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 9-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
***
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın sözlərinə görə, nazirlikdə Rusiya nümayəndə heyəti ilə görüş planlaşdırılmır. 
O, səfərlə bağlı hansısa məlumata sahib olmadığını bildirib.




Bizimlə əlaqə saxlayın

birbank