28 
09
23
23:06
553

“Çox gənclər yetim qaldı” - Qəzənfər Paşayev

28, 09, 23
23:06
553

“Çox gənclər yetim qaldı” - Qəzənfər Paşayev

“Qənirə xanım təkcə bizim nəslin deyil, bütün Azərbaycanın qızı idi”.
Patrul.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.

Qəzənfər Paşayev bildirib ki, Qənirə xanım həm dövlət, həm xalq qarşısında böyük xidmətlər göstərdi və sevildi:
“İnanın ki, mənə hər yerdən zəng edirlər. Mən təəccüblənirəm ki, adamda nə qədər enerji olarmış, adam nə qədər dövləti, xalqı sevərmiş.

Bir Allah vergisi, istedad idi, gəldi və getdi. Çox gənclər yetim qaldı. Hamının əlindən tuturdu, kömək edirdi. Mən onun əmisiyəm. Əvvəl deyirdilər ki, Qəzənfər müəllimin qardaşı qızıdır. Sonra dedilər Qənirə xanımın əmisidir. O, bunu zəhməti, xalqa, dövlətə sevgisi ilə qazandı”. 

Qəzənfər Paşayev bildirib ki, mərhum millət vəkili İkinci Fəxri Xiyabanda Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban Əliyevanın göstərişi əsasında dəfn olunacaq. Dəfn mərasimi sabah saat 11:00-dadır.

Bizimlə əlaqə saxlayın

birbank