27 
09
23
15:58
472

Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib - "Əgər o, hələ də Rusiya vətəndaşıdırsa, ..."

27, 09, 23
15:58
472

Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib - "Əgər o, hələ də Rusiya vətəndaşıdırsa, ..."

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov erməni separatçılarının "keçmiş dövlət naziri" Ruben Vardanyanın Qorisə getməyə cəhd edərkən Azərbaycan sərhədində saxlanıldığı barədə məlumatlara malik deyil. 

Patrul.az xəbər verir ki, Kreml nümayəndəsi jurnalistlərlə söhbətində deyib.

"Məndə belə bir məlumat yoxdur, ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm", - Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi Vardanyanın Rusiya vətəndaşlığının olduğunu da xatırladıb.

"Əgər o, hələ də Rusiya Federasiyasının vətəndaşıdırsa, o zaman Moskva onun saxlanması barədə məlumat alacaq və hüquqlarını qoruyacaq”, – Peskov qeyd edib.

"Mən əmin deyiləm, ona görə də bu barədə dəqiq şərh verməyə cəsarət etmirəm, lakin onun Rusiya vətəndaşlığı var idi. Əgər o, Rusiya vətəndaşlığından imtina edibsə, bu, başqa məsələdir", - Kreml nümayəndəsi bildirib.

"Yenə də qorxuram səhv etməkdən. Ona görə də onun saxlandığını bilmirəm. Kimin saxlandığını, ümumiyyətlə saxlanılıb-saxlanılmadığını və Rusiya vətəndaşlığının olub-olmadığını bilmirəm" - Peskov yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

birbank