20 
09
23
06:57
83

Polis serjantının cənazəsi Naxçıvana gətirildi - Fotolar

20, 09, 23
06:57
83

Polis serjantının cənazəsi Naxçıvana gətirildi - Fotolar

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat-diversiya/terror aktı nəticəsində həlak olmuş Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun cənazəsi Naxçıvana gətirilib.

Patrul.az” “Nuhçıxan”a istinadən xəbər verir ki, sentyabrın 20-si gecə saatlarında Naxçıvan Beynəlxalq Hava Limanında polis serjantı Ələsgər Əsgərovun cənazəsinin qarşılanma mərasimi olub.

Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları və polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri tədbirdə iştirak ediblər.
Polis serjantı Ələsgər Əsgərovun üçrəngli bayrağımıza bükülmüş cənazəsi polis əməkdaşlarının müşayiəti ilə mərasim yerinə gətirilib.
Səlahiyyətli nümayəndə polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri ilə görüşərək başsağlığı verib.






Bizimlə əlaqə saxlayın

birbank