15 
09
23
11:30
101

Füzuli və Laçında ilk zəng çalındı - VİDEO

15, 09, 23
11:30
101

Füzuli və Laçında ilk zəng çalındı - VİDEO

Bu gün Füzuli və Laçında tədris ilinin ilk zəngi çalınıb.
Patrul.az” xəbər verir ki, Füzulidə isə 30 il sonra ilk "Bilik günü" qeyd olunub. 
2023-2024-cü tədris ilində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada tədris aparacaq.

Qeyd edək ki, 960 şagird yerlik ikimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur. Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.

Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə də 32 il sonra ilk tədris ilinə start verilib. 
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.


Bizimlə əlaqə saxlayın

birbank