01 
06
23
18:11
87

İraqda məhbus həyatı sürmüş 3 qadın Azərbaycana gətirildi

01, 06, 23
18:11
87

İraqda məhbus həyatı sürmüş 3 qadın Azərbaycana gətirildi

Azərbaycan hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraqda məhbus həyatı sürmüş və hazırda cəza müddəti bitmiş 3 nəfər qadın Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.

Bu barədə XİN-dən “Patrul.az" a bildirilib.
Növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.
Hazırda, İraqda həbsdə saxlanılan Azərbaycanın qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraqın aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övladı Azərbaycana artıq geri gətirilib

Bizimlə əlaqə saxlayın

birbank