08 
05
23
20:52
97

Prezident Daşaltıda açılışda iştirak etdi - Fotolar

08, 05, 23
20:52
97

Prezident Daşaltıda açılışda iştirak etdi - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.
Patrul.az” xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verib.
Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandallar tərəfindən məqsədli şəkildə dağıdılıb və şəhərə suyun nəqli dayandırılıb.
Dövlətimizin başçısı nasos stansiyasını işə salıb.

Bizimlə əlaqə saxlayın

birbank