13 
12
21
14:05
132

Azərbaycanın Birinci vitse-prezidentinə ömürlük diplomatik pasport veriləcək

13, 12, 21
14:05
132

Azərbaycanın Birinci vitse-prezidentinə ömürlük diplomatik pasport veriləcək

Xarici İşlər Nazirliyi Azərbaycanın birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport verəcək.
 
PATRUL.AZ-ın APA-ya istinadla məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 10-da keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Xarici İşlər Nazirliyi öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycanın birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport verəcək. Xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.

Təklif edilən digər dəyişikliyə əsasən, Azərbaycanın birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.




Bizimlə əlaqə saxlayın

birbank