11 
11
19
19:47
908

Maye qazın qiymətinin artmasına baxmayaraq növbələr yarandı - VİDEO

11, 11, 19
19:47
908

Maye qazın qiymətinin artmasına baxmayaraq növbələr yarandı - VİDEO

patrul.az saytı bugün paytaxtdakı yanacaqdoldurma məntəqələrində olub.Müşahidələrimiz zamanı maye qazın satışı ancaq Babək prospektində 8 km maşın bazarı yaxınlığındakı "Socar" yanacaqdoldurma məntəqəsində müşahidə olunurdu. Məntəqədə həm avtomobillərin həmdə məişət balonları olan vətəndaşların böyük izdihamı var idi. Avtomobil sürücüləri məişət qazı doldurmağa gələn vətəndaşların gecikməyə səbəb olduğunu iddia edirdilər. Saytımıza danışan vətəndaşlar bu vəziyyətin xoş olmadığını və gün ərzində bir neçə saat növbədə dayandıqlarını bildirdilər. Qeyd edək ki ,minik avtomobillərinə maye qaz sistemi quraşdırmaq 1000-1200 manata başa gəlir .Adətən bu sistemə tələb taksi sürücülərində daha çoxdur. Əvvəllər maye qazın litri 45 qəpiyə satıldığından uzun kilometrlərdə müəyyən qədər qənaətə səbəb olurdu.Hal-hazırda maye qazın litri 65 qəpikdən təklif olunur və dizel yanacağından 5 qəpik daha bahadır.Maye qazdakı qiymət artımı bu sistemi quraşdıran servislərədə təsirsiz ötüşməyəcək. Artıq ötən bazardan dizellə çalışan avtomobillərin qiymətində artım müşahidə olunur.
YPX TV-nin məntəqələrdən hazırladığı görüntüləri sizə təqdim edirik

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank