21 
07
20
19:22
1 829

18 yaşlı Şəhid Xəyyam Daşdəmirov - REPORTAJ

21, 07, 20
19:22
1 829

18 yaşlı Şəhid Xəyyam Daşdəmirov - REPORTAJ

patrul.az kollektivi olaraq  Tovuz rayonunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Xəyyam Daşdəmirovun məzarını ziyarət edib, yaxınlarının, kənd sakinlərinin Xəyyam haqqında xatirələrini dinlədik. 

İsmayıllı rayonu, Balik kəndində dəfn olunan şəhidin məzarına gələn ziyarətçilərin ardı-arası kəsilmir. Şəhidin babası, əmisi, kənd icra nümayəndəliyi məzarı önündə şəhidlə bağlı xatirələrini danışıblar. Şəhidin atasının da 4 il Qarabağda döyüşdüyünü, oğluna şəhadət zirvəsinin qismət olmasına görə fəxr etdiyini bildiriblər. Daha sonra şəhidin boya-başa çatdığı evə yollanıb anasının da şəhidlə bağlı xatirələrini dinləyib, dərdinə ortaq olmağa çalışdıq. 

Bütün bu çəkilişlər boyu isə İsmayıllı rayon İcra hakimiyyəti, Balik kənd icra nümayəndəliyi əlindən gələn bütün köməyi göstərdi, dəstəyini nümayiş etdirdi.

Biz də patrul.az olaraq çəkilişdə göstərdiyi köməyə görə Balik kənd icra nümayəndəliyinə bir daha öz təşəkkürümüzü bildiririk.



Bizimlə əlaqə saxlayın

birbank