15 
01
20
18:58
264

Ölümə səbəb olan evakuator sürücüsünün məhkəməsi başlayır

15, 01, 20
18:58
264

Ölümə səbəb olan evakuator sürücüsünün məhkəməsi başlayır

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əlabbas Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

patrul.az, Report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Sevinc Quliyevanın icraatında olan iş üzrə hazırlıq iclası yanvarın 28-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin oktyabr ayında Bakı-Quba yolunun 20-ci kilometrliyində, Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib. 1990-cı il təvəllüdlü Həsənov Əlabbas Namiq oğlu idarə etdiyi 99 JL 085 dövlət nömrə nişanlı evakuatorla Bakı istiqamətində hərəkətdə olarkən 1981-ci il təvəllüdlü Məstəliyev Ruhid Vahid oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1999-cu il təvəllüdlü Bəşirov Hünər Camal oğlu xəsarətlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Ə.Həsənova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

birbank