07 
01
20
18:54
325

Avtovağzallar harada yerləşməlidir? - VİDEO

07, 01, 20
18:54
325

Avtovağzallar harada yerləşməlidir? - VİDEO

Avtovağzalların şəhər mərkəzində, yaxud kənarda yerləşməsi məsələsi sərnişinlər arasında mübahisəli məsələlərdəndir. Vağzalların mərkəzdə yerləşməsi əlçatanlıq baxımından əlverilşi olsa da, bu, sıxlıq, səs-küy kimi diskomfort yaradır.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Sakinlər bildirir ki, avtovağzal şəhər ərazisində olanda rahat olur, kənarda isə çətindir:

“Şəhərdən kənarda olması əlavə xərcdir. Taksi sifariş verməlisən…Biri var avtovağzal uzaq olar, taksiyə beş manat verəsən, biri də var ki, yaxın olar, iki manat ödəyəsən”.

Avtobus sürücüsü isə qeyd edir ki, avtovağzal şəhərdə olanda tıxac səbəbi ilə insanlar avtobusa vaxtında çata bilmirdilər.

Sovet dövründə vağzalların əkəsiyyəti rayon mərkəzlərində tikilib. Sonralar şəhərlər böyüdükcə vağzalları kənara köçürmək zərurəti yaranıb. Zaqatala Beynəlxalq Avtovağzalı bir neçə il öncə rayon mərkəzindən iki kilometr aralıya köçürülüb.

İlk vaxtlar bəzi sərnişinlər bunun narahatlıq yaradacağını düşünsələr də, problem həll olunub.

Zaqatala Beynəlxalq Avtovağzalının direktoru Məhəmməd Abdullayev deyir ki, rayon mərkəzindən avtovağzala sərnişinlərin daşınması üçün avtobus fəaliyyət göstərir:

“Bundan başqa, Bakıya gedən sərnişinlərin rayon mərkəzindən və ətraf kəndlərdən avtovağzala gəlməsi üçün taksi şirkətləri ilə razılaşma əldə olunub, onların avtovağzala çatdırılması pulsuz olacaq”.

Avtovağzalların şəhər kənarına daşınması yaranan sıxlığın qarşısını almaqla yanaşı, ətrafda yaşayanların da rahatlığını təmin etmiş olur. Buna baxmayaraq, ölkənin böyük şəhərlərindən olan Şəkidə avtovağzal hələ də mərkəzə yaxın ərazidə yerləşir.

Yeni tikilən avtovağzalların şəhər kənarında inşa edilməsi onu göstərir ki, bu, gündən-günə böyüyən şəhərlər üçün ən yaxşı variantdır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank