24 
04
24
14:42
62

Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi

24, 04, 24
14:42
62

Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.

Bu barədə dövlət başçısı qırğızıstanlı həmkarı ilə Bakı şəhərində mətbuata bəyanatında bildirib.

Qeyd edək ki, sayca 29-cu olan COP (“Conference of the Parties”, yəni Tərəflərin Konfransı) postsovet məkanında ilk dəfə  Azərbaycanda keçiriləcək.

Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacaq.

Bizimlə əlaqə saxlayın

birbank