30 
03
24
13:51
96

Bakı metrosunun deposuna gizli girən əcnəbilər tutuldu

30, 03, 24
13:51
96

Bakı metrosunun deposuna gizli girən əcnəbilər tutuldu

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb. 

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olub bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

Bizimlə əlaqə saxlayın

birbank