27 
03
24
11:12
75

Bakıda daha bir parkinqdə qiymətlər kəskin artırılır

27, 03, 24
11:12
75

Bakıda daha bir parkinqdə qiymətlər kəskin artırılır

Bakıda Azadlıq meydanının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır.

Patrul.az xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-1 saat - 1 manat;

1-3 saat - 2 manat;

3-6 saat - 3 manat;

6-12 saat - 5 manat;

12-24 saat 10 manat.

Aylıq tariflər isə belə olacaq:

Bir günə 12 saatlıq - 100 manat;

Bütün günü (24 saatlıq) - 140 manat;

Qonşular tarifi - 75 manat.

Qeyd edək ki, daha əvvəl bu parkinqdə qiymətlər 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat təşkil edirdi.

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.

Xatırladaq ki, bundan əvvəl Qış parkının yeraltı avtomobil dayanacağında da qiymətlərin 170 faiz artırılacağı bildirilib.

Bizimlə əlaqə saxlayın

birbank