25 
03
24
15:21
56

Bakıda hoteldə yanğın

25, 03, 24
15:21
56

Bakıda hoteldə yanğın

Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən “Qafqazinfo”ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar..

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bizimlə əlaqə saxlayın

birbank