02 
03
24
16:05
148

Taksidə quş saxlayan sürücüyə dair rəsmi açıqlama

02, 03, 24
16:05
148

Taksidə quş saxlayan sürücüyə dair rəsmi açıqlama

Sosial şəbəkələrdə bir taksi sürücüsünün avtomobilin içini gül-çiçək və canlı quşlarla bəzəməsi olduqca maraqla qarşılanıb. Bir çox istifadəçi həmin addımını xoş qarşılasa da, bəziləri bunun sürücünün diqqətini yayındıracağını qeyd edib.


Mövzu ilə bağlı Dövlət Yol Polisindən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallarda heç bir cərimə və ya məsuliyyət nəzərdə tutulmur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin baş inspektoru Araz Əsgərli sözügedən vəziyyətin sürücünün diqqətini yayındırmadığını bildirib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə əksinə, belə halların maşını idarə edərkən sürücünün diqqətini yayındıra biləcəyini qeyd edib:

“Kadrdan da göründüyü kimi, quşlar qəfəsdə deyil. Belə olan halda onlar anidən uça və sürücünün diqqətini yayındıra bilər. Eyni zamanda, digər ev heyvanlarının da taksidə və ümumiyyətlə, nəqliyyat vasitəsində açıq şəkildə aparılmasını düzgün hesab etmirəm.

Doğrudur, taksi sürücüsü müştərilərin diqqətini cəlb edəcək maraqlı bir təşəbbüs edib, ancaq nəzərə alınmalıdır ki, bu hal qəza riski yarada bilər və həm özü, həm də sərnişinlər üçün təhlükə törədər”.

Bizimlə əlaqə saxlayın

birbank