10 
02
24
22:51
120

“Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımlar MƏHDUDLAŞDIRILACAQ

10, 02, 24
22:51
120

“Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımlar MƏHDUDLAŞDIRILACAQ

“Meta” şirkəti “Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımları məhdudlaşdırmağa başlayacaq.

Patrul.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Instagram”-ın baş direktoru Adam Mosseri daha əvvəl “Threads”-ı siyasət və xəbərlərin əsas səhifədə dominantlıq etdiyi yerə çevirməyi planlamadıqlarını bildirmişdi. 

Şirkət tətbiqlərindəki “Kəşf et”, “Reels”, “Tövsiyələr” üçün alqoritm vasitəsilə siyasi məzmunu məhdudlaşdıracağını açıqlayıb.

Məhdudiyyət ilk olaraq “Instagram” və “Threads”-də, daha sonra “Facebook”-da həyata keçiriləcəyi bildirilib.

Siyasi məzmunla bağlı bu məhdudiyyət yalnız izlənilməmiş hesablardan tövsiyə edilənlərə şamil ediləcək. Əgər izlənilən istifadəçi siyasi yazılar paylaşırsa, bu, lentinizdə görünməyə davam edəcək.

Bizimlə əlaqə saxlayın

birbank