
İranda daha bir zəlzələ - Azərbaycanda da hiss edildi - Yenilənib

İranda daha bir zəlzələ - Azərbaycanda da hiss edildi - Yenilənib
Azərbaycanın cənub bölgəsində zəlzələ olub.
“Patrul.az” xəbər verir ki, zəlzələ bu saatlarda baş verib.
Yeraltı təkanların Masallı və Lənkəran rayonlarında hiss olunduğu bildirilir.
***
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09:18-də İran ərazisində qeydə alınıb.
Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.
***
Zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss edilib.
***
Fövqəladə Hallar Nazirliyi bu gün Azərbaycanla sərhəddə qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.
“Noyabrın 8-də Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, yerli vaxtla saat 09:18 dəqiqədə Azərbaycanla İran sərhədində 5.1 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - rəsmi məlumatda vurğulanıb.
***
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, İran ərazisində yerli vaxtla saat 11:09-da daha bir zəlzələ qeydə alınıb. Maqnitudası 4.7 olan zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.