01 
01
20
13:13
255

“28 May”da qatar yoluna pirotexniki vasitə atan 3 nəfər saxlanıldı

01, 01, 20
13:13
255

“28 May”da qatar yoluna pirotexniki vasitə atan 3 nəfər saxlanıldı

Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları metronun “28 May” stansiyasında qatar yoluna pirotexniki vasitə atan şəxsləri saxlayıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sosial şəbəkə hesabında yazıb.

"Dünən (31 dekabr - red.) saat 18:36-da "28 May" stansiyasında naməlum sərnişinin stansiya yoluna atdığı kiçik pirotexniki vasitənin alışması nəticəsində yaranmış tüstü dumanı səbəbilə, metropolitenin təlimat tələblərinə uyğun olaraq, dərhal təmas relsindən gərginlik çıxarılıb, yanğın təhlükəsizliyi vasitələrindən istifadə etməklə, stansiya yoluna baxış keçirliib. Qatarların hərəkəti və sərnişin təhlükəsizliyinə hər hansısa problem olmadığından hərəkət bərpa edilib. Nəticədə, intervalın qrafikdə müəyyən olunmuş vaxtdan 5 dəqiqə pozulması müşahidə olunub", - qurum rəsmisi bildirib. 

Məmmədovun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən 1998-ci il təvəllüdlü, Yardımlı rayon sakini Vüqar Hüseynli, 1996-cı il təvəllüdlü, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini Şahin Abbasov və 1998-ci il təvəllüdlü, Zəngilan rayon sakini Rövşən Məmmədov saxlanılıb.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank