31 
12
19
12:01
261

Kürdəmirin bu küçəsi zibil poliqonudur - VİDEO

31, 12, 19
12:01
261

Kürdəmirin bu küçəsi zibil poliqonudur - VİDEO

Kürdəmir rayonunun Məşədi Əzizbəyov küçəsindəki mənzərə zibil poliqonunu xatırladır.

patrul.az, Oxu.Az-a istinadın xəbər verir ki, küçədə zibil qutuları yoxdur. Sakinlər bildirir ki, əvvəllər bu ərazidə zibil qutuları olub. Amma uzun müddətdir, qutular küçədən götürülüb. 

Hər gün yüzlərlə sakin və uşaqların hərəkət etdiyi bu küçədə, artıq it və vəhşi heyvanlar yuva qurub. 

Kürdəmir rayon Kommunal Müəssisələr kombinatının əməkdaşı Sübadə Gülməmmədovanın sözlərinə görə, sözügedən küçəyə əvvəllər zibil qutuları qoyulsa da, sakinlər tullantıları qutuda yandırıb. Bu da qutuları yararsız vəziyyətə salıb. Ancaq tezliklə həmin ərazi təmizlənəcək və qutular bərpa olunacaq. 

 

Bizimlə əlaqə saxlayın

birbank