02 
06
23
20:55
103

Bulvarda skuterlərə qadağa qoyuldu - Yenilənib

02, 06, 23
20:55
103

Bulvarda skuterlərə qadağa qoyuldu - Yenilənib

Bu günlərdə Bakıda skuter icarəsi ilə məşğul olan tətbiqlər öz müştərilərinə fəaliyyətlərini müvəqqəti dayandırmaları barədə bildirişlər göndəriblər.
Patrul.az” xəbər verir ki, şirkətlər tətbiqlərin fəaliyyətini dayandırmasını yol polisinin skuter idarə edən şəxsləri cərimələməsi ilə əlaqələndiriblər.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli saytımıza bildirib ki, skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqları təqdirdə cərimələnirlər: “Skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti "Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub".

Qeyd edək ki, son 2 ildə Bakıda elektrik skuterlərinin icarəsi xeyli artıb və çoxsaylı mobil tətbiqlər fəaliyyətə başlayıb. İstənilən şəxs küçədə mobil tətbiq vasitəsilə skuter icarəyə götürərək istədiyi ünvana gedə bilir.
***
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğundan bu nəqliyyat vasitələrinin istifadəsinə dünəndən qadağa qoyulub: "Bu qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil".

Bizimlə əlaqə saxlayın

birbank