01 
06
23
18:45
91

Xaricdə təhsil alan 102 nəfərin diplomu tanınmadı

01, 06, 23
18:45
91

Xaricdə təhsil alan 102 nəfərin diplomu tanınmadı

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən “Patrul.az” a verilən məlumata görə, 102 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 94, dövlət nümunəli olmayan diplom səbəbilə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 328, Rusiya Federasiyasından 151, Türkiyə Respublikasından 109, Gürcüstandan 54, Belarusdan 30, digər ölkələrdən isə 62 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 95, iqtisadiyyat üzrə 80, hüquqşünaslıq üzrə 69, menecment üzrə 44, bizensin idarə edilməsi üzrə 40 müraciətçi qeydə alınıb.
Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.




Bizimlə əlaqə saxlayın

birbank