01 
06
23
18:34
117

Deputatla icra başçısı şəhid və qazi övladlarını təbrik etdi - FOTOLAR

01, 06, 23
18:34
117

Deputatla icra başçısı şəhid və qazi övladlarını təbrik etdi - FOTOLAR

Millət vəkili Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhid və qazi ailələrinin övladlarını təbrik edib.

Patrul.az” xəbər verir ki, görüşdə millət vəkili Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon ağsaqqalları və ziyalıları, şəhid və qazi ailələri və onların övladları iştirak ediblər.

İştirakçılar uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdıraraq ölkəmizdə uşaqlara dövlət qayğısının artırılması sahəsində, eləcə də onların sosial və hüquqi müdafiəsi ilə bağlı mühüm qərarların qəbul edildiyini qeyd ediblər.
Şəhid və qazi ailələri onlara və övladlarına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdikləri qayğıdan danışaraq minnətdarlıqlarını bildiriblər.










Bizimlə əlaqə saxlayın

birbank