06 
05
23
14:43
89

"Azəriqaz"ın SAYĞAC BİZNESİ - CAMAAT CANA DOYUB!

06, 05, 23
14:43
89

"Azəriqaz"ın SAYĞAC BİZNESİ - CAMAAT CANA DOYUB!

Azərbaycanda smart tipli sayğacların dövriyyədən çıxarılması və mexaniki sayğaclanma əvəzlənməsi prosesi davam edir.

Artıq pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə yeni nəsil sayğac quraşdırılıb. Bu cür sayğacların quraşdırılması prosesinə mənzil-tikinti kooperativlərindən (MTK) başlayıb. Quraşdırılan yeni nəsil sayğaclar “Azəriqaz” İB-nin öz maddi hesabına həyata keçirilir. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, fərdi yaşayış evləri də xüsusi cihazlarla təchiz olunmuş sayğaclara keçəndən sonra mərhələli şəkildə köhnə smart tipli sayğaclar dövriyyədən çıxacaq.

Bu sayğacları hər dəfə dəyişməkdə məqsəd nədir?

"Patrul.az"-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, smart tipli sayğacların 27 il istifadəsi mümkün olsa da, tez-tez dəyişdirilir:

“2009-cu ildən sonra Bakı şəhərində smart sayğaclar quraşdırıldı. Həmin sayğacların istifadə müddəti öz texniki pasportunda 27 ildir. Yəni hər 9 ildən bir içindəki elementi dəyişməklə, həmçinin 5 illik yoxlamadan keçirməklə, bu sayğacların istifadəsi mümkündür. Avropada quraşdırılan smart tipli sayğaclar 30 ildən çox istifadə edilib. Yəni təcrübə var. Digər tərəfdən, sayğacların uzun müddət istifadəsi dövlət büdcəsinə qənaətdir.

Çox təəssüf ki, “Azəriqaz”, “Azərişıq” bu sayğacların tez-tez dəyişdirilməsində maraqlıdır. Çünki sayğacların yenilənməsi layihələrində bu qurumların “qara qazanc”ı olur. Daha doğrusu, korrupsiyaya uğradılan külli miqdarda məbləğ var. Həmin məbləğin mənimsənilməsi üçün bir neçə ildən bir sayğacların yenisi ilə əvəzlənməsi prosesi gedir. Smart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsinin əleyhinəyəm”.

O bildirib ki, bu yolla xərc həm də əhaliyə yüklənir:

“Bu üsulla mexaniki sayğaca keçid etməklə, həm layihələrdən “qara yolla” pul qazanırlar, həm də mexaniki sayğaclarla əhalini daha çox yükləmək olur. Rayonlarda daha çox mexaniki sayğaclardır. Qaz itkisini həmin mexaniki sağacı olan abonentlərin üstünə yazırlar. Bununla da öz qaz itkilərini aradan qaldırırlar. Halbuki qaz itkisi qurumun öz səhlənkarlığı ucbatından itib. Hesab edirəm ki, bu, yalnız korrupsiya layihələrdir, korrupsiyaya hesablanmış məsələlərdir”. 

Bizimlə əlaqə saxlayın

birbank