24 
12
19
15:57
327

Gəncədə küçədə yeni doğulmuş körpə tapılıb - VİDEO

24, 12, 19
15:57
327

Gəncədə küçədə yeni doğulmuş körpə tapılıb - VİDEO

Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Report-un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb. 

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan Report-un Qərb Mərkəzinə verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələlik xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank