24 
12
19
14:28
260

Ədliyyə Nazirliyinin şöbə müdiri: "Mobil məhkəmə sistemi yaxın vaxtlarda istifadəyə veriləcək"

24, 12, 19
14:28
260

Ədliyyə Nazirliyinin şöbə müdiri: "Mobil məhkəmə sistemi yaxın vaxtlarda istifadəyə veriləcək"

“Yaxın zamanlarda mobil məhkəmə istifadəyə veriləcək”.

APA-nın məlumatına görə, bunu elektron etibarnamə sisteminin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin şöbə müdiri Ağakərim Səmədzadə bildirib.

Onun sözlərinə görə, hazırda 18 dövlət qurumunun informasiya resursu elektron məhkəməyə qoşulub: "Bu o deməkdir ki, artıq hakimlər bu orqanlarla bağlı məlumatları şəxslərdən istəməyəcək. Bu isə məhkəmə icraatını xeyli sürətləndirəcək. Çünki əvvəllər hakimlər məcbur idi ki, bir neçə yerə sorğular versin, arayışlar, məlumatlar toplasın. Artıq bir müddətdir ki, bu inteqrasiyanı etmişik və hakimlər bir düyməni vurmaqla o məlumatları əldə edə bilərlər".

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank