20 
12
19
12:52
252

Qobustanın üç kəndini rayon mərkəzi ilə birləşdirən yolunun tikintisi yarımçıq qaldı - FOTO

20, 12, 19
12:52
252

Qobustanın üç kəndini rayon mərkəzi ilə birləşdirən yolunun tikintisi yarımçıq qaldı - FOTO

Qobustanın üç kəndini rayon mərkəzi ilə birləşdirən Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi yarımçıq qalıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, may ayında tiktisinə başlanılan yolda işlər dayandırılıb. 

Sözügedən kəndin sakinləri illərdi ki, yol problemindən əziyyət çəkir. Bu qədim kənddə asfalt yolu olmadığından, insanlar müəyyən vaxtlarda, müxtəlif minik vasitələrindən istifadə edərək yolu qət ediblər. 

Yolun texniki göstəriciləri aşağı olduğundan, əsasən, qış aylarında bu yolda hərəkət çətinləşir, bəzi avtomobillər yolda qalır. 

Ümumi uzunluğu 13.5 kilometr olan yolun yataq hissəsi hazırlanıb, yolun təxminən 7-8 kilometrinə çınqıl daş tökülüb və yol hazır vəziyyətə gətirilib. Amma yolun qalan hissəsinə torpaq tökülüb və işlər yarımçıq saxlanılıb. 

Kənd sakinləri iddia edir ki, tikintini aparan şirkət işlərin dayandırılmasına səbəb kimi ayrılmış vəsaitin bitməsini göstəriblər. 

Qeyd edək ki, bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevib Qobustan rayonuna səfərindən sonra Ərəbqədim-Göydərə avtomobil yolunun tikitisi ilə bağlı Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq iki milyon manat ayrılıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən aldığımız məlumata görə, yolun 80 faiz hissəsində işlər yekunlaşıb. İşlərin dayanmasına səbəb kimi bölgənin sərt iqlim şəratidir. Yaxın vaxtlarda yolda asfaltlama işinə başlanılacağı bildirilir.

patrul.az



Bizimlə əlaqə saxlayın

birbank