18 
12
19
14:54
264

Bakının bu ərazisində su çənləri yığışdırıldı: İki gündür su yoxdur

18, 12, 19
14:54
264

Bakının bu ərazisində su çənləri yığışdırıldı: İki gündür su yoxdur

Binəqədi rayonu Mir Cəlal Paşayev küçəsinin sakinləri susuzluqdan əziyyət çəkir. 

patrul.az, Oxu.Az-a istinadən xəbər verir ki, 9-cu mikrorayon, bina 133-də bir neçə gündür su çənləri yığışdırılıb. 

Sakin Ravil Novruzovun sözlərinə görə, su çəni götürülərkən bildirilib ki, artıq su saatla verilməyəcək. Amma iki gündür sözügedən ünvanda səhər və axşamın müəyyən saatlarından başqa vaxt su verilmir.

R.Novruzov problemlə bağlı Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Amma onun şikayəti qəbul edilməyib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, rayon ərazisində təmirə ehtiyacı olan binalar müəyyən edilərək mərhələli şəkildə onların bərpasına başlanılıb:

“Dam örtüklərinin təmiri ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən, binalarda yağış sularına qarşı izolyasiya işləri həyata keçirilməkdədir. Bildirək ki, təmir işləri çərçivəsində qeyd edilən ünvanda yalnız lift şaxtalarının üzərində qurlaşdırılmış su çənləri götürülüb və ya yerləri dəyişdirilib”.

Bizimlə əlaqə saxlayın

birbank