18 
12
19
12:37
245

Bakıda yeniyetmələrə siqaret satan köşk satıcıları cərimələniblər

18, 12, 19
12:37
245

Bakıda yeniyetmələrə siqaret satan köşk satıcıları cərimələniblər

Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bu barədə Report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində iki köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları faktı aşkar edilib.

Həmin köşklərin satıcıları – R.Məmmədov və Ə.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank