14 
12
19
19:08
290

Yanğınla əlaqədar 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb

14, 12, 19
19:08
290

Yanğınla əlaqədar 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb

3-cü mikrorayon bazarı yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov küçəsində və 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

3-cü mikrorayon dairəsindəki körpünün üzərində Ziya Bünyadov istiqamətində isə sıxlıq müşahidə olunur.

Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətlərdə hərəkət etməmələrini xahiş edirik.

Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank