14 
12
19
12:14
389

İnterpol xətti ilə Dubayda tutulan azərbaycanlı qadının məhkəməsi başlayır

14, 12, 19
12:14
389

İnterpol xətti ilə Dubayda tutulan azərbaycanlı qadının məhkəməsi başlayır

İnsan alverində təqsirləndirilən Zenfira Beydiyevanin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, Z. Beydiyevaya qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha çox şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham verilib. 

İş üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb. 

2016-cı ildə Z. Beydiyeva barəsində cinayət işi başlanan zaman o, ölkədən qaçıb. Azərbaycan dövləti onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.

3 ildən sonra Z. Beydiyeva Dubayda tutulub və Azərbaycana ekstradisiya edilib. 

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank